"Rio-2016": Elvin Məmişzadə olimpiadada mübarizəni medalsız başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Elvin Məmişzadə 1/4 final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 52 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançının rəqibi özbəkistanlı Şaxobidin Zoirov olub.
İlk raundda hakimlər Zoirovun daha üstün döyüşdüyü qənaətinə gəliblər. İkinci raudda da qərar dəyişməyib. Sonuncu raundda azərbaycanlı dünya çempionunun vəziyyəti dəyişmə cəhdləri səmərə verməyib.
Beləliklə, Məmişzadə olimpiadada mübarizəni medalsız başa vurub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























