• $
  • €
  • ₽
  • ₺
  • £

"Stadionu "Qəbələ" üçün cəhənnəmə çevirməliyik”

"Stadionu "Qəbələ" üçün cəhənnəmə çevirməliyik”
25.08.2016 16:57
"Komandada çox yaxşı atmosfer hökm sürür. Futbolçularda müsbət enerji varBizi yüksək səviyyəli və xüsusi oyun gözləyir ki, buna da hazırıq. Bütün diqqətlər Avropa Liqasının qrup mərhələsi üçün cəmləşib. Avropa arenasında "Maribor” adının davam etməsini istəyirik".

Qol.az məlumatına görə, bu sözləri "Maribor"un idman direktoru Zlatko Zahoviç Avropa Liqasının pley-off mərhələsində "Qəbələ" ilə cavab oyunu öncəsi klubun saytına deyib.

O, qrup mərhələsinə yüksəlmək şanslarının qaldığını düşünür:

"Avrokubokda zəif rəqib olmur. Pley-off mərhələsinə  ən güclülər qalır. Son vaxtlar uğursuz çıxış edirik. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün real şans əldə etmişik. Heyətdə bir neçə yeni oyunçu var, bu üzdən tam komplektləşməmişik. Amma işlər plana uyğun şəkildə gedir. Çempionatda hələ uzun marafon var. İndi nikbin olmalı və qrup mərhələsi üçün savaşmalıyıq".
 
Z.Zahoviç azarkeşlərdən dəstək gözlədiklərini bildirib:

"Onların dəstəyi ilə istənilən rəqibə qalib gəlmək olar. "Qəbələ” ilə oyunda stadionu rəqib üçün cəhənnəmə çevirməliyik”.
 
Qeyd edək ki,  "Maribor” – "Qəbələ” oyunu bu gün Bakı vaxtı ilə 22:15-də başlayacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol