• $
  • €
  • ₽
  • ₺
  • £

ÇL-da qrup mərhələsinə yekun vuruldu - NƏTİCƏLƏR

ÇL-da qrup mərhələsinə yekun vuruldu - NƏTİCƏLƏR
08.12.2016 09:12
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.
 
Apasport.az saytının məlumatına görə, ilin son oyunları E, F, G və H qruplarında keçirilib.
 
E qrupunda ilk iki pillənin sahibləri "Bayer” və "Monako” öz aralarında formal matça çıxıblar. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Tottenhem” – MOİK görüşü Avropa Liqasına yollanacaq komandanı müəyyənləşdirib. İngilisləri evdə qalib gələrək hədəfə çatıblar.
 
F qrupunda "Real”la Dortmund "Borussiya”sı "Santyaqo Bernabeu”da qrup liderini müəyyən ediblər. Rəqibindən 2 xal öndə olan almanlara Madriddə heç-heçə də bəs edib - 2:2. "Legiya” isə "Sportinq”i xalsız qoyaraq Avropa Liqasında çıxış etməyə haqq qazanıb.
 
G qrupunu zirvədə tamamlayan "Lester” "Porto”nun qonağı olub. Ehtiyat qüvvəni meydana buraxan ingilislər darmadağına üzülüblər - 0:5. "Kopenhagen” isə  "Brügge”ni səfərdə məğlub edib.
 
"Yuventus” H qrupunu lider kimi başa vurub. Xal üzünə həsrət qalan Zaqreb "Dinamo”sunu qəbul edən Turin təmsilçisi rəqibinə şans verməyib. Lion” – "Sevilya” matçında isə hesab açılmayıb vəbu nəticə ispanları növbəti mərhələyə çıxarıb.
 
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
7 dekabr
 
E qrupu
"Bayer” (Almaniya) – "Monako” (Fransa) - 3:0
Qollar: Yurçenko, 30, Brandt, 48, De Sanktis, 82 (öz qapısına)
Baş hakim: Gidiminas Mazeyka (Litva)
 
"Tottenhem” (İngiltərə) – MOİK (Rusiya) - 3:1
Qollar: Alli, 38, Keyn, 45, Akinfeyev, 77 (öz qapısına) - Caqoev, 33
Baş hakim: Nikola Ritsoli (İtaliya)
 
F qrupu
"Real” (İspaniya) – "Borussiya” (Dortmund, Almaniya) - 2:2
Qollar: Benzema, 28, 53 - Obameyanq, 61, Roys, 87
Baş hakim: Şimon Marçinyak (Polşa)
 
"Legiya” (Polşa) – "Sportinq” (Portuqaliya) - 1:0
Qol: Gilyerme, 30
Baş hakim: Canluka Rokki (İtaliya)
 
 
G qrupu
"Brügge” (Belçika) – "Kopenhagen” (Danimarka) - 0:2
Qollar: Meçele, 9 (öz qapısına), Yorgensen, 15
Baş hakim: Maykl Oliver (İngiltərə)
 
"Porto” (Portuqaliya) – "Lester” (İngiltərə) - 5:0
Qollar: Silva, 6, 64 (pen.), Korona, 26, Brahimi, 44, Jota, 72
Baş hakim: Feliks Zvayer (Almaniya)
 
H qrupu
"Yuventus” (İtaliya) – "Dinamo” (Zaqreb, Xorvatiya) - 2:0
Qollar: İquayn, 52, Ruqani, 73
Baş hakim: Entoni Teylor (İngiltərə)
 
"Lion” (Fransa) – "Sevilya” (İspaniya) - 0:0
Baş hakim: Yonas Eriksson (İsveç)
 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol