Topaz Premyer Liqasında təqvim dəyişdirildi

Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib.“Qafqazinfo” “pfl.az” saytına istinadən xəbər verir ki, “Qarabağ” və “Neftçi” klubları Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarını avqustun 21-də keçirdiyindən onların III turdakı matçlarının vaxtı dəyişdirilib. Peşəkar Futbol Liqası avrokuboklardakı təmsilçilərimizin müraciətini əsaslı sayıb və iki matçın vaxtını dəyişdirilməsini düzgün hesab edib. Belə ki, “Araz Naxçıvan” – “Qarabağ” qarşılaşması avqustun 23-də deyil, ertəsi gün keçiriləcək. Həmin günə planlaşdırılan AZAL – “Neftçi” görüşü isə avqustun 25-də baş tutacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























