• $
  • €
  • ₽
  • ₺
  • £

Robben: "Almaniya çempion olacaq"

Robben: "Almaniya çempion olacaq"
10.07.2014 13:58

Hollandiya millisinin futbolçusu Aryen Robben "DÇ-2014"ün yarımfinalında Argentinaya penaltilər seriyasında məğlub (2:4) olduqları oyunu şərh edib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, təcrübəli futbolçu komandasının turnirdə çox yaxşı oyun nümayiş etdirdiyini deyib:

"Bu mərhələyə qədər gələrək böyük iş gördük. Təbii ki, uduzduğumuz üçün məyusuq, ancaq dünya çempionatında əlimizdən gələnin ən yaxşısını etdik. İndiyə kimi hər kəs bizə dəstək oldu. Məncə, bu komandadakı oyunçularla qürur duymalıdırlar".

Robben dünya kubokuna Almaniyanın sahib çıxacağını iddia edib: "Penaltilər seriyası lotoreyadır. Kosta-Rika ilə oyunda qələbə qazansaq da, bu dəfə bəxtimiz gətirmədi. Mundial ərzində yaxşı çıxış etsək də, sonda penaltilərlə uduzduq. Bu, futbolun bir parçasıdır. Finala gəlincə Argentinanın şansı yoxdur,  Almaniya çempion olacaq".

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol