• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan cüdoçuları olimpiadaya hazırlaşır

Azərbaycan cüdoçuları olimpiadaya  hazırlaşır
29.06.2021 23:59
Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli komandasının üzvləri Bakıda təlim-məşq toplanışını davam etdirir.

İyunun ortalarından əvvəlcə Şahdağ, sonra isə Bakıda keçirilən hazırlıq prosesini Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi də yaxından izləyir.

Cüdoçular dəniz kənarında, eləcə də Şağandakı Olimpiya İdman Kompleksində məşq edərək fiziki və taktiki hazırlıqlarını yüksəldirlər. Millinin toplanışında bütün aparıcı cüdoçular iştirak edirlər. Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66), Rüstəm Orucov (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) baş məşqçi Ruslan Maşurenko ilə böyük məşqçi Elxan Məmmədovun nəzarəti altında fiziki yükləmələrlə məşqləri davam etdirirlər.

Cüdo üzrə milli komanda Tokio Yay Olimpiya Oyunlarına hazırlaşır. Cüdoçular 1 - 10 iyulda Xorvatiyanın Poreç şəhərində keçiriləcək beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar. Oyunlar 23 iyul - 8 avqustda keçiriləcək.
 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol