• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Liqasında 1/8 finalın ilk oyunları - NƏTİCƏLƏR

Avropa Liqasında 1/8 finalın ilk oyunları - NƏTİCƏLƏR
14.03.2014 09:18
Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.Apasport.az-ın verdiyi məlumata görə, qitənin ikinci dərəcəli klub turnirində 1/4 final iddiasında olanlar ilk oyunlarını keçiriblər. Bu mərhələdə hərəyə 3 klubla təmsil olunan İspaniya və İtaliya komandalarından ikisi üz-üzə gəlib. Turin və Sevilyada eyni ölkə təmsilçiləri görüşüb. Turində “Yuventus” və “Fiorentina” 1:1 hesablı bərabərliklə razılaşıblar. Seviliyada isə “Betis” səfərdə 0:2 hesabı ilə qələbə çalıb. Portuqaliya 1/8 finalda iki komanda ilə təmsil olunub. Ölkənin iki ən titullu klubu İngiltərə və İtaliya təmsilçiləri ilə üz-üzə gəlib. “Porto” öz meydanında “Napoli” üzərində minimal hesabla qələbə çalıb. “Benfika” isə İngiltərədə “Tottenhem”i 1:3 hesabı ilə məğlub edib. “Böyük beşlik” təmsilçilərindən “Valensiya” Bolqarıstanın “Ludoqorets”indən üstün olub (0:3), “Lion” isə Çexiya “Viktoriya”sını darmadağın edib (4:1). Yalnız iki matçda qitənin 5 ən güclü çempionatının komandası yoxdur. Həmin oyunlardan birində Hollandiya “Alkmaar”ı Rusiya “Anji”sini qəbul edib. Oyun 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. İsveçrədə isə “Bazel” “Zalsburq” oyununda hesab açılmayıb. Avropa Liqası 1/8 final, ilk oyunlar  “Ludoqorets” (Bolqarıstan) - “Valensiya” (İspaniya) - 0:3Qollar: Barraqan, 5; Kartabia, 33; Senderos, 59  "Bazel" (İsveçrə) - “Zalsburq” (Avstriya) - 0:0  "Porto" (Portuqaliya) - "Napoli" (İtaliya) - 1:0Qol: Martinez, 57  “Lion” (Fransa) - Viktoriya” (Çexiya) - 4:1Qol: Fofana, 12, 70; Lacazette, 53; Mvuemba, 61 - Horava, 3 “Tottenhem” (İngiltərə) - "Benfika" (Portuqaliya) - 1:3Qol: Eriksen, 64 - Rodriqo, 29; Luisao, 58, 84 "Yuventus" (İtaliya) - “Fiorentina” (İtaliya) - 1:1Qol: Vidal, 3 - Qomez, 79 “Sevilya” (İspaniya) - “Betis” (İspaniya) - 0:2Qol: Baptistao, 15; Sevilla, 77 "Alkmaar” (Hollandiya) -  “Anji” (Rusiya) - 1:0Qol: Yohannsson, 29ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol