UEFA: "Qarabağ oyunundakı hakimlər cəzalandırıla bilər"

"UEFA "Qarabağ"- "İnter" oyununu idarə etmiş hakimlər briqadasını cəzalandıra bilər".
ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Ağdam klubunun vəkili Qurur Qaye Günal söyləyib.
O bildirib ki, "Qarabağ" klubunun Avropa Liqasında növbəti tura adlamasına maneə olan çexiyalı hakimlər briqadası haqqında intizam tədbiri görüləcəyi gözlənilir.
"Mən indicə iclasdan çıxmışam. Qərar şifahi açıqlanıb. Apellyasiya komitəsi bildirib ki, hakim başda çexiyalı Zelinka olmaqla UEFA tərəfindən cəzalandırıla bilər. Ancaq hakimlərin verdiyi qərar ləğv edilməyəcək. Hakimlərin qolu saymaması isə səhv olaraq qəbul edilib".
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ" İtaliyanın "İnter" klubu ilə üz-üzə gəlmişdi. Matçın sonuncu dəqiqələrində Riçard Almeydanın qapıya yol tapmasına baxmayaraq, qol hesaba alınmayıb və oyun 0:0 hesabı ilə başa çatıb. Nəticədə isə ağdamlılar "pley-off"a vəsiqə qazanmaq şansından məhrum edilib.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb