"Bavariya"da ciddi itki: səkkiz həftə oynamayacaq

"Bavariya" ciddi itki ilə üzləşib.
Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Avstriya millisinin futbolçusu David Alaba Bosniya və Hersoqovina ilə yoldaşlıq matçında zədələnib. Tibbi müayinədən keçən 22 yaşlı müdafiəçinin durumunun ciddi olduğu müəyyənləşib. Onun səkkiz həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Avstriya - Bosniya və Hersoqovina oyunu 1:1 hesabı ilə başa çatıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























