Azərbaycan UEFA reytinqində Serbiyaya çatıb

Dünən Avropa Liqasında "Qəbələ”nin qələbəsi və "İnter”in heç-heçəsi sayəsində Azərbaycan UEFA-nın əmsalları cədvəlində Serbiyaya çatıb.
Oxu.Az xəbər verir ki, indi hər iki ölkənin 12,250 xalı var, onlar 28-29-cu yerləri bölüşdürürlər. Bununla yanaşı, Azərbaycanın Avropa kuboklarında üç, Serbiyanın isə iki klubu qalıb.
Bundan başqa, ölkəmizin 13,125 xalı olan, amma Avropa kuboklarında klubu olmayan Sloveniya və Bolqarıstanı geridə qoyaraq cədvəldə irəliləmək şansı da var.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























