• $
  • €
  • ₽
  • ₺
  • £

Rəşad Sadıqov: "Qol vurmaqda çətinlik çəkirik"

Rəşad Sadıqov: "Qol vurmaqda çətinlik çəkirik"
06.08.2015 12:59
İrəlidə daha kəskin hücumlar qurmaq lazımdır

"Oyun gərgin mübarizə şəraitində keçdi. 90 dəqiqə mübarizə apardıq ki, qol vuraq, amma alınmadı. Nəticədə rəqib mərhələni keçdi". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Şotlandiya "Seltik"i ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib. 
Təcrübəli müdafiəçi Qlazqodakı 0:1 hesablı məğlubiyyətin revanşını ala bilməmələrini belə əsaslandırıb: "Rəqib elə idi ki, hücuma böyük qüvvə ilə getmək, üstünlüyü artırmaq olmurdu. Ustalığı yüksək səviyyəli oyunçulardan qurulmuşdu. Çox sürətli hücuma keçirdilər və böyük qüvvə ilə irəli getmək olmurdu. 

Gedəndə də komandamızı dərhal əks-hücumda tuturlar. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə rəqib pressinq tətbiq etməyə başladı. Meydançanın vəziyyətinə görə hücuma çıxmaqda çətinlik çəkdik. Yenə də oyuna nəzarət edirdik, amma qol çatışmadı". 

R.Sadıqovun fikrincə, "Qarabağ" mərhələni hələ ilk oyunda uduzub: "Çünki rəqib ilk oyunda çox təzyiq göstərdi. Amma ikinci hissədə nəzarət bizə keçmişdi. 75-ci dəqiqədən sonra rəqib tam geri çəkilmişdi. Ancaq bir dənə küncdən zərbə hər şeyi korladı. Bakıya da rəqib 1:0 hesab ilə üstün gəldi, oyunu geridən qurdu və istənilən nəticəni əldə etdilər".

33 yaşlı oyunçu görüş zamanı künc zərbəsindən sonra əlinə düşən və yararlana bilmədiyi qol epizodunu və "Seltik" futbolçularının təxribatçı hərəkətlərini də şərh edib: "Belə şeylər olur. Rəqib hesabda irəlidədir və istəyir səni əsəbiləşdirsin. Qol epizodu isə 2-3 gün yadımdan çıxmayacaq. Sadəcə top tullana-tullana gəlirdi deyə ayağımı tutmadı. Fikirəşirəm ki, yerlə gəlsəydi, tutması asan olardı. Məşq zamanı bunun üzərində hazırlaşmışdıq və bütün topları çərçivəyə vururdum, amma indiki epizodda alınmadı. Ot örtüyü haqda danışmaq istəmir, çünki hamı qazonun vəziyyətini gördü. Bunu bəhanə etmək fikrində deyiləm. Məncə, "Seltik" layiqli olaraq mərhələ adladı".

Kapitan, həmçinin Çempionlar Liqasında "Qarabağ"ın 4 oyuna cəmi bir qol vurmasından narahatlığını dilə gətirib: "Bunu mən də düşünürəm. Elə paltardəyişmə otağında da bu haqda düşünürdüm. Qol vurmaqda çətinlik çəkirik. Bunun üzərində işləmək lazımdır. İrəlidə daha kəskin hücumlar qurmaq lazımdır". 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol