"Yuventus"un yeni 10 nömrəsi

"Yuventus"un futbolçusu Pol Poqbanın forma nömrəsində dəyişiklik edilib.
Qol.Az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, yeni mövsümdən fransalı yarımmüdafiəçi bu yay Turin təmsilçindən ayrılan Karlos Tevesin 10 nömrəli formasını geyinəcək.
Qeyd edək ki, bundan əvvəl "Yuventus"da 10 nömrəli forma ilə Mişel Platini, Roberto Badjo, Alessandro del Pyero kimi əfsanəvi futbolçular çıxış edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























