Su basmış Azərbaycan rayonlarda son vəziyyət necədir? - VİDEO

15:11 | 21.03.2022
Su basmış Azərbaycan rayonlarda son vəziyyət necədir? - VİDEO

Su basmış Azərbaycan rayonlarda son vəziyyət necədir? - VİDEO

Masallı və Cəlilabadda su basmış ərazilərindən daha 25 nəfər və 5 köməksiz vəziyyətdə qalmış avtomobil içərisindəki vətəndaşlarla birlikdə təxliyə edilib, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Təxliyə edilənlər təhlükəsiz əraziyə yerləşdirilib.
 

 
19 mart 2022-ci il tarixində gecə saatlarından başlayaraq respublikanın cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın keçməsi müşahidə olunub, Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikaları Masallı rayonunun Mollaoba, Bədəlan, Təzə Alvadı, Cəlilabad şəhəri və rayonunun Bəcirəvan kəndində xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

Masallı rayonunun Mollaoba, Təzə Alvadı, Bədəlan, Boradigah kəndləri, Cəlilabad şəhəri və rayonun Təzəkənd, Astanlı, Fərzili, Seyidbazar, Göytəpə, Porsava, Privolnoye kəndləri üzrə 200-ə yaxın şəxs təxliyə edilib.

Ləman Qasımova



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb