Su ilə işləyən ekskavator hazırlandı - Azərbaycanda

22:18 | 19.10.2016
Su ilə işləyən ekskavator hazırlandı - Azərbaycanda

Su ilə işləyən ekskavator hazırlandı - Azərbaycanda

Balakəndə bir gənc qeyri-adi bacarığı ilə tanınır. Onun çoxlu əl işləri olsa da, bu dəfə düzəltdiyi su ilə işləyən ekskavator maketi marağa səbəb olub.

Kadrlar yaxından görünəndə az qala əslindən fərqlənmir.

Ekskavator necədirsə, maketi də texnika kimi hərəkətlərə malikdir.

Bu ekskavator maketini Balakən rayon İtitala kənd sakini Elxan Məhərrəmov düzəldib. 21 yaşlı gənc kənddə qeyri-adi bacarığı ilə tanınır.

O, indiyə qədər oyuncaq maşınlar, katerlər və s. maketlər düzəldərək dostlarına verib. Ekskavator maketini isə işləyən ekskavatoru gördükdən sonra düzəltmək qərara gəlib. Onun maketi su ilə işləyir. İşləmə sistemini isə tibbdə iyinə vurmaq üçün istifadə olunan vasitələrdən qurub.

Bir həftə ərzində ərsəyə gələn maket kənddə böyük marağa səbəb olub. Sadəcə orta təhsilli olan gənc gələcəkdə bu ekskavatoru daha da təkmilləşdirmək istəyir.

ANN.AZ "Xəzər Xəbər"-ə istinadən videomaterialı təqdim edir:
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb