Taekvondoçumuz dünya çempionu oldu

15:00 | 30.06.2017
Taekvondoçumuz dünya çempionu oldu

Taekvondoçumuz dünya çempionu oldu

Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani Cənubi Koreyanın Miju şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb. 

anews.az Report-a istinadən xəbər verir ki, 26 yaşlı idmançı finalda rusiyalı Anton Kotkovu yenib - 21:3. 

Beləliklə, Harçeqani "Bakı 2015" I Avropa Oyunları və 2016-cı il Avropa çempionatında qızıl medal qazandıqdan sonra dünya çempionu tituluna da sahib çıxıb. 
 
Qeyd edək ki, daha əvvəl Azərbaycanın daha bir təmsilçisi Məhəmməd Məmmədov (63 kq) bürünc medal qazanıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb