Şanlı tariximizdən qalan ərməğanlar - FOTOLAR

10:35 | 07.08.2015
Şanlı tariximizdən qalan ərməğanlar - FOTOLAR

Şanlı tariximizdən qalan ərməğanlar - FOTOLAR

Bakını nə qədər yaxşı tanıyırsınız? Hər gün bəlkə dəfələrlə yanından ötüb keçdiyiniz binaların tarixi, yaşı, inşası haqqında nə dərəcədə məlumatlısınız? 

Bakını həm şərq, həm qərb dünyası üçün cəlbedici edən, buraya gələn turistlərin, xarici qonaqların ağzının həqiqi mənada açıq qoyan bu binalar şanlı tariximizdən bugünümüzə əmanət buraxılan ərməğandır. Onları qorumaq, göz bəbəyi kimi saxlamaq isə bizim boyun borcumuzdur.

Təəssüflə qeyd edək ki, Bakıda indiki qədmi binalardan daha çox olub, amma onları qoryub saxlaya bilməmişik, uçurub yerində "novostroyka" adını verdiyimiz hündürmərtəbəli binalar inşa etdirmişik. Barı, indi əlimizdə nə qalıbsa, onları qoruya bilək.

ANN.Az oxucular üçün də maraqlı olar deyə, Bakının qədmi tikililəri və onlar haqqında ensklopedik məlumatları təqdim edirik: 

 



Bakı Kommersiya məktəbi memar Q.M.Ter-Mikelovun layihəsi əsasında tikilib. Burada texniki elmlər, ticarət, maliyyə və s. tədris edilib. Bu bina indi də tədris müəssisəsi kimi fəaliyyət göstərir.

 




Multani karvansarası Bakı şəhərinin "İçərişəhər” adlanan tarixi ərazisində yerləşir. Karvansara "Multani” adı Pakistanın Multan şəhərinin adından götürülüb.




Akademik Opera və Balet Teatrını memar N.Q.Bayev layihələndirib. Binanı Bakı milyonçusu Mayılov xüsusi olaraq opera teatrı üçün tikdirib. On ay müddətinə hazır olan bina qotik üslubda inşa edilib və Mayılov qardaşlarının teatrı da kimi tanınıb. 1959-cu ildən bina Akademik Opera və Balet Teatrı adlanır.




Azərbaycan Dövlət Filarmoniyasının binası "İctimai toplantıların binası” ("İctimai iclasların yay evi”) proyekti kimi inşa edilib. Binanın memarlıq dizaynı Monte-Karlodakı məşhur kazinonun dizaynına uyğun hazırlanıb.




İsmailiyyə binasını Bakı milyonçusu Musa Nağıyev dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib. Venesiya qotikası üslubunda inşa etdirilmiş sarayın memarı polyak İ. K. Ploşkodur. Azərbaycanın müstəqillik ideyaları ilk dəfə məhz bu binada səslənib. 1918-ci ilin mart hadisələrində isə bina ermənilər tərəfindən yandırılıb.




Alman mühəndisi N.A. fon der Nonne tərəfindən layihəsi verilən və hazırda Rüstəm Mustafayevin adını daşıyan İncəsənət Muzeyinin binası fransız qrafı Debur üçün klassik üslubda tikilib.




Bura keçmiş "Bakı I Realnı Məktəbi”nin binası olub. Binanı milyonçu Musa Nağıyev tikdirib. Hazırda bina Azərbaycan Dövlət İqtisad Universitetinin əsas korpusudur.




Səadət Sarayı (Murtuza Muxtarovun evi) milyonçu Murtuza Muxtarovun yəhudi mənşəli həyat yoldaşı Liza üçün inşa etdirdiyi saraydır. Fransız qotik üslubunda tikilən sarayın layihə müəllifi polyak mənşəli memar İosif Ploşkodur.




Gənclər meydanında Qoşa qala qapısına yaxın olan bina milyonçu Hacıbaba Haşımovun evi olub. Klassik üslubda tikilən bina fasaddan dörd mərtəbəlidir. Tamaşa salonu üçüncü qatdadır. Sovetlər dönəmində "Siyasi Maarif Evi” adlanırdı.




Tağıyevin qızlar məktəbi binasının layihəsi 1892-1904-cu illərdə Bakının baş memarı olmuş İ.V.Qoslavskının əməyinin məhsuludur. Bina qotik üslubda tikilib. O zaman belə bir məktəb nəinki Bakıda və Rusiyada, hətta bütün İslam aləmində yox idi. Bina 5 noyabr 1896-cı ildə rəsmi olaraq qızlar məktəbinə verilib.

1918-1920-ci illərdə isə bu binada Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamenti yerləşib.




Bakı Şəhər İcra Hakimiyyətinin yerləşdiyi binanın memarı milliyətcə polyak olan İ.V.Qoslavski binanın inşasında barokko motivlərindən istifadə edib.

Binanın fasadının bəzəyi üçün İtaliyadan qırmızı dekorativ kərpic və rəngli mərmər gətirilib.




Dövlət Neft Şirkətinin yerləşdiyi bina Bakı şəhərindəki qədim tikililər arasında öz əzəməti və gözəlliyi ilə diqqəti xüsusi olaraq cəlb edir. Binanın layihəsi 1893-cü il may ayının 25-də təsdiq olunub. Fransa intibah üslubunda inşa edilən fasad sahilin qərb tərəfinə baxırdı. Üzü Azneft meydanına tərəf tikilən və rahat mənzillərdən ibarət bina şəhərin layihələndirmə strukturunda çox mühüm əhəmiyyət daşıyırdı.






Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bu bina məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış evi olub. Bina Bakı şəhərinin baş memarı olmuş İ. V. Qoslavskinin layihəsi əsasında inşa edilib.




İsa Bəy Hacınskinin binası Bakı milyonçulardan biri ilə mərc nəticəsində 3 ay ərzində tikdirib. Adı bilinməyən məşhur italyan memarı binanı qotik, barokko və modern üslublardan istifadə edərək inşa edib. Bu buna Bakıda klassik üslubda ilk hündür binalardan biridir.




"Hökümət Evi” saray tipli tarixi binadır. Saray qotik memarlıq üslubunda inşa edilib. Binanın inşasında istifadə edilən tikinti materiallarının bir hissəsi xaricdən gətirilib. Binanın memarları Lev Rudnev və Vladimir Munts olub.




Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev bu binanı özünün taxıl anbarının özülü üzərində tikdirib. Tikintiyə mühəndis-memar Lemkul başçılıq edib. Bina bir neçə dəfə yanıb. Akademik Milli Dram Teatrı 1922-ci il yanvar ayının 17-dən 1960-cı ilin avqustuna qədər bu binada fəaliyyət göstərib. El arasında da "Şəhər teatrı” ifadəsi işlənib.




Nizami adına Ədəbiyyat muzeyinin binası (Keçmiş "Metropol” mehmanxanası) memar Məşədi Qasım bəy Hacıbababəyovun layihəsi əsasında qotik üslubunda tikilib. 1914-15-ci illərdə memar A.A.Nikitin binanın layihəsində bir sıra dəyişikliklər etdikdən sonra burada "Metropol” oteli fəaliyyət göstərib.




Bakının "Fəvvarələr Meydanı" (Tarqovı) adlanan ərazisində yerləşən Azərbaycan kinoteatrı. Kinoteatr hazırda fəaliyyət göstərmir və burada təmir-söküntü işləri aparılır.



Bakının "28 may", Səməd Vurğun bağı istiqamətində yerləşən bu bina şəhər sakinlərinin bildirdiyinə görə, ötən əsrdə dəyirman kimi fəaliyyət göstərib. Sakinlərdən birinin sözlərinə görə, binanın tam sökülməməsinin səbəbi binanın zirzəmisində böyük siçovulların olmasıdır. Belə ki, binanın söküləcəyi təqdirdə ətraf məkanların siçovulların basacağından ehtiyat edilir.
 
 

Fotoların müəllifi Fərqanə Novruzovadır

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM