Bakı barelyefləri - FOTOLAR

09:24 | 11.09.2015
Bakı barelyefləri - FOTOLAR

Bakı barelyefləri - FOTOLAR

Dünyanın əksər ölkələrində məşhur dövlət, elm, incəsənət xadimlərinin vaxtilə yaşadığı evlərin, binaların qarşısına barelyef vurulur, onlar haqqında qısa məlumat verilir.

Ölkəmizdə də belə bir adət-ənənə var. Adətən bunun üçün dövlət rəhbərliyi tanınmış şəxsin adının əbədiləşdirilməsi üçün müvafiq sərəncam verir, orada məşhur şəxsin barelyefinin qoyulmasına dair göstəriş olur.

Barelyef fransız sözü olub, alçaq relyef deməkdir, heykəltaraşlığın bir növü kimi tanınır. Barelyef deyəndə biz yalnız bina və evlərin qarşısında qoyulmuş və məşhur şəxsin baş hissəsinin təsvirinin dördkünc mərmər lövhəyə həkk olunmasını və orada qısa tarixçənin yazılmasını başa düşürük. Dünya praktikasında barelyeflərin daha maraqlı formaları var, hətta bu antik dövrə qədər gedib çıxır.

Paytaxt Bakı da barelyeflərlə dolu bir şəhərdir. Çünki görkəmli dövlət, elm, incəsənət xadimlərinin əksəriyyəti burada yaşayıb. ANN.Az-ın fotoreportyoru Bakı barelyefləri ilə bağlı fotosessiya hazırlayıb. Əməkdaşımız sənətlərini sevdiyimiz, əsərlərini oxuduğumuz bu dahi insanların yaşadığı evləri görmək, ailələri barəsində məlumat öyrənmək məqsədilə barelyeflərin vurulduğu binalardakı mənzillərin bir neçəsinin qapısını döyüb. Əksər evlərdən ona belə cavab verilib ki, barelyef sahibinin ailəsindən kimsə artıq bu binada yaşamır. 

Fotosessiyanı oxuculara təqdim edirik.

Fotoların müəllifi Fərqanə Novruzovadır













































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM