Bakıda ebru sənəti üzrə kurslar açıldı - FOTOLAR

09:55 | 15.09.2015
Bakıda ebru sənəti üzrə kurslar açıldı - FOTOLAR

Bakıda ebru sənəti üzrə kurslar açıldı - FOTOLAR

Türkiyədə təhsil almış mütəxəssis Vüsal Qaraqaşlı "PsyLab" – Psixologiya və Fərdi İnkişaf Mərkəzində "Ebru-su üzərində rəsm sənəti” kurslarına başlayıb. 

Qeyd edək ki, ebru sənəti tamamilə təbii materiallar əsasında həyata keçirilir. Bu əməliyyat qatılaşdırılmış su üzərində aparılır. Boyalar əsasən torpaqdan hazırlanır. Sonra bu boyalar mərmər üzərində əzilir. Bu proses hardasa 4-5 saat davam edir. Növbəti proses ondan ibarətdir ki, əldə olunmuş maddədnin içərisinə inək ödü qatılır. Bu, boyanı həm incəldir, həm də suyun üzərində qalmasını təmin edir. Həmçinin boyalar göy qurşağı kimi bir-birinə qarışmır və onun yapışqanlıq xüsusiyyətini təmin edir. 

Qatılaşdırılmış su gəvən ağacı adlanan təbii tikan otunun köməyi ilə alınır. Bu, daha çox Naxçıvanda, İsmayıllıda yetişir. Gəvən otunun gövdəsindən kraxmala oxşayan maddə çıxır ki, bu da suyu qatılaşdırır və nəticədə boyalar suyun üzərində dağılmır. Boyaları qatılaşdırılmış suyun üzərinə özü at quyruğundan, gövdəsi isə gül ağacından hazırlanan fırça vasitəsilə düzülür. Bu fırçalar əllə düzəldilir. 

Ebru rəsmi əldə etmək üçün əvvəlcə suyun üzərinə kiçik damcılar tökülür. Fırçanın bu şəkildə hazırlanmasının səbəbi odur ki, su üzərindəki ebrunun naxışlarını idarə oluna bilsin. Bunun da növləri var. Yəni boyanı olduğu kimi suyun üzərinə töküb heç bir müdaxilə etmək olmur. Bu üsulu ilk dəfə işləyən sənətkarın adı ilə əlaqədar olaraq ona Battal adı verilib.

ANN.Az təqdimat mərasimindən fotoları təqdim edir.

Fotoların müəllifi Fərqanə Novruzovadır




















































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM