Tehranda uşaq bağçaları və məktəblər bağlanıb

15:41 | 22.11.2022
Tehranda uşaq bağçaları və məktəblər bağlanıb

Tehranda uşaq bağçaları və məktəblər bağlanıb

Havanın çirklənməsi həyəcan verici həddə çatdıqdan sonra İranın Tehran vilayətində səlahiyyətlilər bütün uşaq bağçalarını və ibtidai məktəbləri bağlamaq məcburiyyətində qalıblar. Bu barədə Təsnim Xəbər Agentliyi məlumat yayıb
 
Tehranın Havanın Çirklənməsi ilə bağlı Fövqəladə Hallar Komitəsinin üzvləri şənbə günü gecə iclas keçirərək, bazar günü Tehran vilayətinin iki şəhəri istisna olmaqla, bütün uşaq bağçaları və ibtidai məktəblərin bağlanması barədə qərar qəbul ediblər.
 
Paytaxtın şimal-şərqində yerləşən Firuzkuh və Dəmavənd şəhərlərindəki məktəblər isə adi fəaliyyətlərini davam etdirəcəklər.
 
Qərar əyalətin havasındakı PM2.5 hissəciklərinin orta səviyyəsinin 150-yə çatması ilə əlaqədar qəbul edilib. Bu, təhlükəsiz hesab edilən səviyyədən üç dəfə çoxdur.
 
Lida Abbaslı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb