Ötən il azadlığa buraxılan 541 nəfər işlə təmin olunub - Rəsmi

16:18 | 05.03.2024
Ötən il azadlığa buraxılan 541 nəfər işlə təmin olunub - Rəsmi

Ötən il azadlığa buraxılan 541 nəfər işlə təmin olunub - Rəsmi

2023-cü il cəzaçəkmə müəssisəsindən azad edilən 541 nəfər Dövlət Məşğul Agentliyi tərəfindən işlə təmin edilib. Bu barədə qurumdan anews.az-ın sorğusuna cavab olaraq bildirilib.
 
Həmçinin 312 nəfər özünəməşğulluq proqramına cəlb edilib.
 
"Verilmiş aktivlər hesabına onlar kiçik ailə təsərrüfatlarını qurublar. Bu il də həmin sahədə işlər davam edir, proqrama cəlb edilənlərin bir qismi də Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərdir. Eyni zamanda həmin şəxslər əmək bazarının aktual istiqamətləri üzrə peşə hazırlığı kurslarına da cəlb edilirlər. Kursu müvəfəqiyyətlə bitirənlərin işlə təmin olunmasına dəstək göstərilir",- qurumun açıqlamasında deyilir. Ötən il həmçinin Dövlət Məşğulluq Agentliyi tərəfindən 12 nəfərin peşə hazırlığına cəlb edilməsi təmin edilib.
 
Gülnar Nazimqızı










www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb