Ötən il futbol klubları nə qədər qazanıblar? - VİDEO

21:34 | 22.01.2016
Ötən il futbol klubları nə qədər qazanıblar? - VİDEO

Ötən il futbol klubları nə qədər qazanıblar? - VİDEO

Madridin "Real” klubu ardıcıl 11 ildir dünyanın ən gəlirli futbol komandası seçilir.

"Deloitte” auditor şirkətinın statistik qənaəti belədir:

2014/2015-ci il futbol mövsümünün yekununa əsasən, "Kral” klubunun gəliri 577 milyon avro təşkil edib. Bu, əvvəlki illə müqayisədə 27,5 milyon avro artım deməkdir. Reytinq siyahısında ikinci yeri digər İspaniya klubu "Barselona” (560,8 milyon avro) tutur. Üçüncü pillədə isə İngiltərə təmsilçisi "Mançester Yunayted” (519,5 milyon avro) qərarlaşıb.

Ümumilikdə, planetin ən varlı ilk iyirmiliyində ötən mövsüm beş milyard dollardan artıq gəlir əldə edən yalnız Avropa komandaları yer alıb. İstənilən halda, budəfəki göstərici yeni rekord kimi qələmə verilib. Statistik hesablamada turnirlərdə iştirak, sponsor və reklam müqavilələri, bilet və klub atributlarının satışı, eləcə də yayım hüququnun icrasından əldə olunan gəlirlər əsas götürülüb.
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb