Tofiq Bəhramov haqlı idi – FOTO

20:15 | 05.01.2016
Tofiq Bəhramov haqlı idi – FOTO

Tofiq Bəhramov haqlı idi – FOTO

Dünya futbolunun ən mübahisəli epizodlarından birinin detallı təhlili keçirilib.

İngiltərə televiziyaçıları dünya futbolunun ən mübahisəli epizodlarından birinin detallı təhlilini keçiriblər, Oxu.Az xəbər verir.

Çərşənbə axşamına keçən gecə ingilis televiziyaçıları, Opta, SkyPad sensor ekranı və ЕА Sportsdan virtual simulyator ilə silahlanaraq nəhayət ki, 1966-cı ilin dünya çempionatında sovet laysmeni, azərbaycanlı Tofiq Bəhramovun görüşün baş hakimi isveçrəli Qotfrid Dinstə, ingilis Cefferi Herstin zərbəsindən sonra topun tam olaraq Almaniya Federativ Respublikasının qapı xəttindən keçdiyini deməkdə haqlı olduğunu sübut etdilər.

Dünya futbolunun ən mübahisəli epizodlarından birinin detallı təhlilini Liverpulun və İngiltərə yığmasının sabiq futbolçusu Ceymi Karraqer, eləcə də Ed Çembers keçiriblər.  

Xatırladaq ki, əlli ilə yaxın mübahisəsi gedən qol 1966-cı il Dünya çempionatında İngiltərə- Almaniya Federativ Respublikası arasında keçirilən finalda, verilən əlavə vaxt zamanı vurulub. Bu qol 2:2 hesabı ilə bitən oyundan sonra əlavə vaxtda vurularaq, britaniyalılara dünya çempionluğu gətirib.

Əlavə edək ki, görüşün yekun hesabını Herst təyin edib (4:2).
 












www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb