Türkiyə və Rusiya ordusu bombardman etdi

10:29 | 27.03.2016
Türkiyə və Rusiya ordusu bombardman etdi

Türkiyə və Rusiya ordusu bombardman etdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında İŞİD terrorçu qruplaşmasınınmövqelərini "Fırtına" topları və tanklarla bombardman edib.


ANS PRESS-in məlumatına görə, Türkiyə ordusu İŞİD-in sığınacaqlarınıPeşmərgə qüvvələri ilə gedən döyüşlər zamanı topa atəşinə tutub.


Türkiyə Baş Qərargahından verilən məlumata görə, bombardmanlar zamanı İŞİD-in bölgədəki yeni sığınacaqları da darmadağın edilib.
 
ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq koalisiyaya məxsus təyyarələr də İŞİD-in Şimali İraqdaki 4 mövqeyini məhv edib.


Rusiya Hərbi Hava Qüvvələri isə Suriyada İŞİD-ə qarşı hücumlar həyata keçirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti