Türkiyədə ekstremal hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi

20:30 | 19.01.2021
Türkiyədə ekstremal hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi

Türkiyədə ekstremal hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi

Türkiyədə bir sıra şəhərlərdə ekstremal hava şəraiti ilə bağlı sakinlərə xəbərdarlıq edilib.


Anews.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Van, Bitlis, Hakkari və Muş şəhərlərində şiddətli qar yağması, küləyin yüksək sürətinə görə fırtına və qar uçqunu təhlükəsi ilə bağlı insanlara ehtiyatlı olmaq, vacib olmadıqca yaşayış yerlərini tərk etməmək tövsiyə olunub.


Bildirilib ki, küləyin sürəti saniyədə 70-90 kilometrə çatacaq, havanın temperaturu mənfi 1 dərəcəyədək düşəcək. Yollar buz bağlayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb