Türkiyədə sevgilisi azərbaycanlı həkimi güllələdi - ANBAAN VİDEO

10:58 | 08.11.2019
Türkiyədə sevgilisi azərbaycanlı həkimi güllələdi - ANBAAN VİDEO

Türkiyədə sevgilisi azərbaycanlı həkimi güllələdi - ANBAAN VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyədə özəl tibb mərkəzinin sahibi olan Cəlal T.nin həmin mərkəzdə işləyən və 3 yaşlı uşağının anası olan azərbaycanlı həkim Aidə A.nı silahla vurub.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə anın görüntüləri yayılıb.
Aidəni ağır yaralayan və qaçmaq istəyərkən polis tərəfindən tutulan Cəlal həbs edilərək Metris Cəzaçəkmə müəssisəsinə göndərilib.

Qeyd edək ki, Cəlal səbəbi bilinməyən mübahisədən sonra Aidəyə atəş açıb və onu yaralayıb. Hazırda Bakırköy Dövlət Xəstəxanasında olan azərbaycanlı həkimin vəziyyəti ağırdır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb