Türkiyədə terakt: Ölü və yaralılar var

08:07 | 02.04.2016
Türkiyədə terakt: Ölü və yaralılar var

Türkiyədə terakt: Ölü və yaralılar var

Türkiyədə separatçı PKK terrorçuları Hərbi Səfərbərlik İdarəsinə (Əsgərlik şöbəsi) hücum ediblər.
 
ANS PRESS-in məlumatına görə, partlayıcı maddə ilə yüklənmiş avtomobilin partladılması nəticəsində ölən və yaralananlar olub. Hadisə Mardin vilayətinin Kızıltepe rayonunda baş verib. Sədd səbəbindən avtomobili idarənin həyətinə sürə bilməyən terrorçu partlayışı binanın qarşısında törədib. Hadisə nəticəsində yaxınlıqda olan tikintinin suriyalı keşikçisi ölüb, 2 nəfəri hərbçi, 3 nəfəri azyaşlı olan ümumilikdə 11 nəfər yaralanıb. Partlayışdan sonra Hərbi Səfərbərlik İdarəsinin divarlarında və yaxınlıqda olan evlərdə dağıntı meydana gəlib. Həmçinin ətrafda olan avtomobillərə də ziyan dəyib. Yaralılar dərhal Kızıltepe xəstəxanasına çatdırılıblar. Teraktdan sonra rayonda təhlükəsizlik tədbirləri gücləndirilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb