​Türkiyənin Rusiyaya "Qırmızı xətt planı" açıqlandı

13:35 | 01.12.2015
​Türkiyənin Rusiyaya

​Türkiyənin Rusiyaya "Qırmızı xətt planı" açıqlandı

Rusiyanın sanksiyalarına qarşı Türkiyə hökuməti də "qırmızı xətt planı" hazırlayıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, ötən gecə ölkə baş nazirinin müavini Mehmet Şimşəyin sədrliyi ilə keçirilən toplantıda bu plan hazırlanaraq, təsdiqlənmək üçün baş nazir Əhməd Davudoğluna təqdim edilib.

Həmin planın bəzi maddələri aşağıdakı kimidir:

Rusiya gömrüklərində saxlanılan və geri qaytarılan meyvə-tərəvəz məhsulları türkiyəli ixracatçılarla görüşərək, həmin mallar qiymətləndiriləcək;
Türkiyə hökuməti yerli toxuculuq, hazır geyim, elektirik avadanlığı, kimyəvi mallar istehsal edən və onun ixracı ilə məşğul olanların zərər görməməsi üçün məhsulların başqa bazarlara yönəldilməsinə yardım edəcək;

Rusiyadan idxal edilən təbii qaza alternativ mənbələr axtarılacaq, ehtiyac yaranarsa, razılaşma yenilənəcək;

Rusiyanın Türkiyədən tranzit yolu olaraq istifadə etdiyi marşrutların sayı azaldılacaq. Türkiyə ərazisindən keçən Rusiya TIRlarının içi bir-bir yoxlanılacaq.
Planda Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının tikintisində Rusiyaya alternativ axtarılması, rusiyalı turistlər üçün nəzərdə tutulan ucuz tur paketlərin ləğv edilməsi, bu yöndə başqa ölkələrdə kampaniyaların keçirilməsi nəzərdə tutulub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb