"Tvitter"də işarə limiti ləğv olunmur

18:46 | 19.03.2016

"Tvitter"də işarə limiti ləğv olunmur

"Tvitter" mikrobloqlar servisində "bir məlumatda 140 işarə" məhdudiyyəti qüvvədə qalacaq. Trendin məlumatına görə, bu barədə "Tvitter"in icraçı direktoru Cek Dorsi bildirib.

C.Dorsi bu bəyanatla vaxtaşırı KİV-də "tvit"dəki işarə limitinin ləğv olunacağına dair məlumatları təkzib edib: "Məhdudiyyət qalacaq. Bu bizim üçün yaxşı məhdudlaşdırıcıdır və lakonik olmağa imkan yaradır".

Qeyd edək ki, "bir məlumatda 140 işarə" məhdudiyyəti "Tvitter"in 2006-cı ildə yarandığı gündən qüvvədədir.

Eyni zamanda C.Dorsi etiraf edib ki, işarə limitinin aradan qaldırılması mikrobloqa yeni auditoriyanı cəlb etmək üçün yaxşı vasitədir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb