Ukraynanın şərqində ağır döyüşlər gedir

11:40 | 20.06.2014
Ukraynanın şərqində ağır döyüşlər gedir

Ukraynanın şərqində ağır döyüşlər gedir

Ukraynanın şərqində Ukrayna qüvvələri və rusiyayönlü separatçılar arasında ağır döyüşlər gedir. Döyüşlərin Donetsk regionundan Krasny Liman və Yampil kəndləri yaxınlığında getdiyi bildirilir.

 

Reuters-in bir mənbəyə istinadla verdiyi xəbərə görə, döyüşdə 4 min separatçı iştirak edib, Ukrayna piyadalarını isə 20 tank, artilleriya və ağır texnika müşayiət edib.

 

Yaraqlıların komandiri Igor Strelkov separatçılar arasında «ağır itkilər» barədə xəbər yayıb. Hökumət tərəfdən itkilər barədə məlumat yoxdur.

 

Döyüş iyunun 19-da başlayıb. Yaraqlılar Prezident Petro Poroshenko-nun planına uyğun olaraq silahları yerə qoymaqdan imtina ediblər.

 

Plana hökumət qüvvələri tərəfdən birtərəfli atəşkəs və separatçılara, silahdan imtina edəcəkləri halda, amnistiya daxildir.

azadliq.org

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb