“Unibank- Biznes Mərkəzi” 1 yaşında

09:58 | 16.02.2016
“Unibank- Biznes Mərkəzi”   1 yaşında

“Unibank- Biznes Mərkəzi” 1 yaşında

Unibank-ın biznes sahiblərinə xidmət göstərən ən böyük biznes filialının "Unibank- Biznes Mərkəzi”nin 1 yaşı oldu.
 
Ölkə bank filialları içərisində fərqli və özünəməxsus konsepsiya əsasında fəaliyyət göstərən   "Unibank- Biznes Mərkəzi”, 1 il ərzində  minlərlə müştəriyə bank xidməti göstərib.   Bir ildə nələrə nail olunub:

- 4 dəfəyə yaxın müştəri artımı;
- 60 milyon manata yaxın kredit portfeli;
- Milyonlarla manat verilən kredit;
- Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf  Bankı və Dünya Bankı ilə böyük biznes layihələrinin maliyyələşdirilməsi istiqamətində uğurlu  əməkdaşlıq;
- Geniş  çeşidli bank xidmətləri;
- İnnovativ bank məhsulları və müştərilərə individual yanaşma.

Filial korportiv müştərilərə hüquqi dəstəklə yanaşı, konsultasiya,  layihələrin maliyyə ekspertizası xidmətləri də göstərir. Ötən 1 il ərzində "Unibank- Biznes Mərkəzi”nin verdiyi ən kiçik kreditin həcmi 15 min AZN, ən böyük kreditin məbləği isə – 4.5 mln. USD olub.
 
"Unibank- Biznes Mərkəzi” kiçik və orta, həmçinin iri biznes sahibləri üçün bank xidmətləri təklif edir.
 
Real sektora diqqətini günü-gündən artıran Unibank, ilk dəfə olaraq, yalnız bizneslə məşğul olan müştərilər üçün ixtisaslaşdırılmış filiallar açıb. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar "Unibank- biznes mərkəzi” ilə yanaşı bankın "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül” , "Yasamal”, "8 saylı”  filialları və  müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank) əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

Unibank-hər kəsin bankı!


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM