"Uşaqlar ağlayıb deyə onlara valideynləri tərəfindən energetik içki verilib" - Klubun rəhbəri

14:44 | 07.05.2021

"Uşaqlar ağlayıb deyə onlara valideynləri tərəfindən energetik içki verilib" - Klubun rəhbəri

Uşaqlar ağlayıb deyə onlara enerji içkisi verilib, bu sözləri anews.az-a açıqlamasında "Xocalı" futbol klubunun rəhbəri İlkin Hacıyev "instaqram" hesablarındakı kiçik yaşlı uşaqların enerji içki içməsinə münasibət bildirərkən deyib. 
 
"Hadisə Qəbələdə şəhidlərin xatirəsinə həsr olunmuş turnir zamanı baş verib. Həmin turnirdə valideynlər də iştirak edib. İndiki uşaqlar ərköyn olduğu üçün yox demək olmur deyə, valideynlər onlara "Redbull" verib. Foto da həmin gün işçilərimiz tərəfindən yalnışlıqla səhifəmizdə "uşaqların qida rasionuna xüsusi önəm verilir" başlıqlı yazı ilə yerləşdirilib. Bizim "Xocalı" futbol klubunun heç bir şirkətlə əməkdaşlıq müqaviləsi yoxdur" - deyə klubun rəhbəri bildirib. 
 

Bu gün "Xocalı" futbol klubunun "facebook" səhifəsində uşaqların "Redbull" içkisi ilə  ""Xocalı” Futbol Klubu futbolçuların qida rasionuna xüsusi önəm verir!”" başlıqlı fotosu paylaşılıb. 
 
Azərbaycanda enerji içkilərinin 18 yaşdan aşağı şəxslərə satışı qadağandır. 
 
 
Gülnar Nazimqızı 
 

www.anews.az
2
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb