VII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək

14:25 | 12.05.2014
VII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək

VII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək

Mayın 12-dən 18-dək Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda VII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək.Mədəniyyət və Turizm Nazirliyindən ANS PRESS-ə verilən məlumatına görə, festivalda xarici ölkələrdən dünya şöhrətli musiqiçilər və kollektivlər - Sankt-Peterburq Akademik Simfonik Orkestri, Monte-Karlo Simfonik Orkestri, Qalina Vişnevskaya Opera Mərkəzinin solistləri, Yuri Temirkanov, Gintaras Rinkyaviçus, Boris Berezovski, Denis Kojuxin, Sergey Doqadin iştirak edəcəklər. Xatırladaq ki, əvəzolunmaz violenç ifaçısı və dirijor Mstislav Rostropoviç 1927-ci il mart ayının 27-i Bakıda anadan olub, 2007-ci ilin aprel ayının 27-i isə Moskvada vəfat edib. Musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi kimi də tanınırdı. XX əsrin ən dahi violenç ifaçılarından biri sayılır. Dahi həmyerlimiz bir neçə ali mükafatlara, o cümlədədn Böyük Britaniya İmperiyasının 2-ci dərəcəli Cəngavər Ordeninə layiq görülmüşdür.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb