Övladının fotosunu çəkməklə onu xilas etdi - FOTOLAR

12:18 | 22.05.2015
Övladının fotosunu çəkməklə onu xilas etdi - FOTOLAR

Övladının fotosunu çəkməklə onu xilas etdi - FOTOLAR

İngiltərədə yaşayan 32 yaşlı Yelizabet Hale adlı bir qadın övladının fotosunu çəkərkən təsadüfən onun həyatını xilas edib. 

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, təzə aldığı 8 aylıq körpəsi Tomasın fotolarını çəkməyə başlayıb. Amma ilk fotoya baxanda oğlunun gözlərindəki fərqi sezib. Əvvəl bunun yeni aldığı mobil telefonda texniki qüsur olduğunu düşünüb və müxtəlif yerlərdə, müxtəlif formalarda övladının fotolarını yenidən çəkməyə başlayıb. Amma nəticə fərqli olmayıb, körpənin gözlərindəki fərq fotolarda aydın şəkildə görsənirdi. 
 
 

Bundan sonra ana təcili şəkildə körpəsini göz həkiminə aparır və müayinə zamanı bəlli olur ki, Tomasda 5-6 yaşına qədər uşaqlarda müşahidə edilən göz xərçəngi (retinoblastom) xəstəliyi var. 
 
 

Həkimlər Tomasın biri sol, digər üçü sağ gözündə olmaq üzrə 4 şişin olduğunu müəyyən edirlər. Bundan sonra onun müalicəsi başlanılır. 

Mütəxəssislərin qənaətinə görə, əgər bu xəstəlik nə qədər tez müəyyən edilərsə, bir o qədər də müalicənin nəticəsi müsbət olar. Statistika göstərir ki, tez müəyyən edilən retinoblastom xəstəliyi 95 faiz müsbət nəticə verir.




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM