ABŞ hökuməti Türkiyəyə “ağıllı” bombalar satılmasını təsdiqlədi

ABŞ hökuməti NATO üzrə müttəfiq ölkə Türkiyəyə "ağıllı” aviasiya bombalarının satışını təsdiqləyib.
APA-nın "milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, Türkiyəyə ilk mərhələdə 1000 ədəd "ağıllı” bomba göndəriləcək. Bununla bağlı verilən rəsmi açıqlamada bildirilir ki, NATO üzrə müttəfiq Türkiyənin dəstəklənməsi və müdafiə qabiliyyətinin artırılması ABŞ-ın milli maraqları baxımından həyati əhəmiyyətə malikdir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























