• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan tənqidçilərini Avropada da mühakimə etmək istəyir

Ərdoğan tənqidçilərini Avropada da mühakimə etmək istəyir
22.04.2016 16:05


Türkiyə prezidenti Recep Tayyip Erdoğan şərəf və ləyaqətinin beynəlxalq müdafiəsini genişləndirir

Holandiya millət vəkilləri Rotterdamdakı Türkiyə konsulluğunda prezident Erdoğanın təhqir edilməsi barədə informasiyaların verilməsi üçün qaynar xətt yaradılması barədə xəbərdən hiddətləniblər.

Bir sıra millət vəkilləri "Türkiyə dövlətinin uzun qollarını” tənqid ediblər, Hollandiya baş naziri isə eşitdiklərini "qəribə” adlandırıb.

Ötən həftə Almaniya Erdoğanın "təhqirinə” yol vermiş tanınmış satirikin mühakimə edilməsinə icazə vermişdi.

Jan Boehmermann Almaniyanın media qanunlarını "yoxlamaq” məqsədilə Erdoğan barədə təhqiramiz şeirini televiziya verilişində oxumuşdu.

Həm Almaniyada, həm də Hollandiyada "dost ölkə rəhbərinin təhqirini” cinayət hesab edən qanunlar mövcuddur.

Məqsəd azad fikrin təqibidir

Hollandiyadakı Türkiyə səfirliyi bu xəbərlər barədə şərh verməkdən imtina etmiş və son zamanlar "nifrət mesajlarının” artdığından şikayətlənmişdi.

Lakin hadisə Hollandiyada siyasi hay-küyə səbəb olduqdan sonra diplomatik missiya "anlaşılmazlıq” baş verdiyini etiraf edib.

Səfirlik bildirib konsulluq işçilərindən biri Hollandiyadakı türk təşkilatlarına göndərdiyi məktubda qeyri-dəqiqliyə yol verib.

Hollandiyada 400 min türk yaşayır və Türkiyənin müxalif CHP partiyasının yerli şöbəsi bir çox soydaşların "konsulluq qaynar xətti” söhbətindən narahat olduqlarını bildirib.

Hollandiyanın türkdilli Zaman Vandaag saytı yazır ki, Türkiyə müxalifəti bu hərəkəti xaricdəki müxalifətçiləri hədəfləmək niyyəti kimi şərh edir.

Bu əslində, Erdoğan hökuməti barədə tənqidi fikir səsləndirənlərin xaricdə də təqib edilməsi kimi başa düşülür.

Qorxulu "şərəf və ləyaqət”

Hollandiya millət vəkilləri "qaynar xətt” barədə izahar verməsi üçün Türkiyə səfirinin Xarici İşlər Nazirliyinə dəvət olunmasını tələb edirlər.

Baş nazir Mark Rutte bu xəbərləri "qəribə” adlandırıb və Türkiyə hökumətinin məqsədlərini başa düşmədiyini söyləyib.

İnteqrasiya naziri Lodewijk Asscher isə Türkiyə hökumətini Hollandiyada ifadə azadlığına müdaxilədə ittiham edib.

Türkiyədə şəxsən Erdoğanın təhqir edilməsi ilə bağlı indiyədək 2000-dən çox cinayət işi qaldırılıb.

Almaniyada isə minlərlə fəal Erdoğanı təhqir etdiyinə görə mühakimə olunacaq şairin müdafiəsinə qalxıb.

Liderlər də müəyyən nəticə çıxarmağa başlayıblar. Angela Merkel elan edib ki, "dost ölkə liderinin təhqiri” maddəsi cinayət məcəlləsindən çıxarılacaq.

Hollandiya hökuməti də bu qanunun islahatına hazırlaşır.

Hökumət bəyanatında deyilir ki, "konstitusiya nimdaş maddələrin muzeyi ola bilməz”.

(Azadliq.org)

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol