• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvili Ukrayna prezidentini təhdid etdi

Saakaşvili Ukrayna prezidentini təhdid etdi
07.05.2016 00:38
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu cinayətkar Baş Prokurorluq şəhərə öz adamını təyin etməyə çalışacağı təqdirdə, prokurorluğa girişin qarşısını kəsəcəyi ilə bağlı təhdid edib.

"Report" xəbər verir ki, M.Saakaşvili bu barədə "Facebook" səhifəsində yazıb.

O, P.Poroşenko ilə son görüşündə prezidentin bütün ictimaiyyətin inamını qazanan prokurorun təyinatına yardım etməyə çalışacağını qeyd edib. M.Saakaşvili söz verib ki, əks təqdirdə, o, odessalılarla birlikdə prokurorluğa girişin qarşısını kəsəcək: "Stoyanovla bağlı haldakı kimi, Odessa prokurorluğunun cinayət-korrupsiya klanının nəzarəti altına düşməsinə imkan vermərəm".

Qeyd edək ki, Odessa vilayətinin keçmiş prokuroru Nikolay Stoyanov aprelin 15-də vəzifəsindən azad edilib. Onun istefası lüstrasiya qanunu (qurban verməklə təmizləmə - "Report") çərçivəsində həyata keçirilib.

Buna qədər aprelin 11-də M.Saakaşvili N.Stoyanovu "separatçı və oliqarxların quyruqbulayanı" adlandıraraq onun Odessa vilayətinin baş prokuroru vəzifəsindən azad edilməsini tələb etmişdi. Ölkə prezidenti Pyotr Poroşenko da bu tələbə dəstək verib.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol