• $
  • €
  • ₽
  • ₺
  • £

Vladimir Putin məhkəməyə verildi

Vladimir Putin məhkəməyə verildi
22.05.2016 13:00
Ukraynanın hava məkanında Malayziyaya məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində ölən insanların ailələri Rusiya prezidenti Vladimir Putini məhkəməyə veriblər.

ANS PRESS-in məlumatına görə, 2014-cü ildə baş vermiş hadisə nəticəsində 298 nəfər ölmüşdü. Təyyarənin Rusiya istehsalı olan raketlə vurulduğu bildirilir.

Ukrayna hökuməti və Qərb təyyarənin vurulmasında rusiyayönümlü üsyançıları ittiham edirlər.

Ölən insanların ailələri Putinin Avropa İnsan Haqları Məhkəməsiqarşısında cavab verməsini tələb ediblər.

Ailələr hadisəyə görə Rusiya hökumətindən kompensasiya da istəyiblər. Hər bir ölən şəxsə görə 7.2 milyon dollar tələb olunub.
İddianamə ilə əlaqədar işə baxan amerikalı vəkil Cerri Skiner ailələrin tələblərini səsləndirib.

"Qəza qurbanlarının ailələri və yaxınları üçün hadisənin cinayət olduğunu bilərək yaşamaq çətindir. Rusların hadisəyə görə Ukraynanı təqsirləndirməsinə heç bir əsas, heç bir fakt yoxdur. Bizim isə, əlimizdə tonlarla fakt, fotoşəkil, sənəd var”, - Skiner deyib.

Putinə qarşı qaldırılan iddianamədə 33 nəfərin imzası var. Onlardan 8-i avstraliyalı, biri yeni zelandiyalı, qalanları isə, malayziyalıdır.








www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol