• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə səfiri: "Ankara Əsədin danışıqlarda iştirakını mümkün sayır"

Türkiyə səfiri: "Ankara Əsədin danışıqlarda iştirakını mümkün sayır"
11.08.2016 19:38
"Ankara Suriya ilə bağlı danışıqlar prosesində hazırki ölkə rəhbərliyinin iştirakını mümkün hesab edir".
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım bu gün "Rossiya Seqodnya" agentliyində keçirdiyi mətbuat konfransında bildirib.
 
"Biz istəyirik ki, Suriya mövcud sərhədləri çərçivəsində vahid və dünyəvi dövlət kimi qalsın. Bu, təkcə Türkiyənin mövqeyi deyil, praktiki olaraq, bütün ölkələrin mövqeyidir. O cümlədən, istəyirik ki, Suriyadakı mövcud siyasi rəhbərlik danışıqlar prosesində iştirak etsin", - deyə türkiyəli diplomat qeyd edib. 
 
O bildirib ki, Rusiya və Türkiyənin Suriya ilə bağlı müxtəlif fikirləri ola bilər: "Bir sıra məsələlərlə bağlı mövqelərimiz bir-birindən uzaq olar bilər. Lakin biz Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasında, vahid dövlət kimi qalmasında, siyasi strukturunun saxlanılmasında eyni fikirdəyik".
 
Səfirin fikrincə, artıq Suriya məsələsi üzrə ümumi mövqeyin tapılmasına başlamaq üçün vaxt itirmək olmaz.  
 
Ü. Yardım Türkiyə və Rusiyanın yaxın günlərdə böhrandan çıxmaq üçün Suriya ilə bağlı məsləhətləşmələri fəallaşdıracağını da söyləyib: "Bu beynəlxalq regional münaqişəni bir görüşlə, bir danışıqla həll etmək mümkün deyil. Bu çox çətindir. Lakin biz avqustun 9-da razılaşdıq ki, Suriya ilə bağlı görüşlərimiz intensivləşəcək. Tərəflər bu görüşlərin bərpa olunması ilə bağlı istəklərini bildiriblər. Əmin edirəm ki, yaxın bir neçə gündə görəcəksiz ki, bu görüşlər necə aktivləşəcək. Bütün bu görüşlər bizim Suriya məsələsi ilə bağlı ümumi fikrə gələcəyimiz anı yaxınlaşdırır”. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol