• $
  • €
  • ₽
  • ₺
  • £

Bu dövlətlər "Çirkli pulların" yuyulması sahəsində əməkdaşlıq etmir

Bu dövlətlər "Çirkli pulların" yuyulması sahəsində əməkdaşlıq etmir
08.09.2016 17:46
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) əmrinə uyğun olaraq "çirkli pulların" yuyulması sahəsində əməkdaşlıq etməyən dövlətlərin siyahısı yenilənib.

ANN.Az-ın "Report"a istinadən verdiyi xəbərə görə, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin siyahısı” yenilənib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 2016-cı il 22024 iyun tarixlərində keçirilmiş plenar iclasında İrana qarşı təsir tədbirlərinin 12 ay müddətinə dayandırılması barədə qərar qəbul edildiyindən, İranın adının 24 iyun 2017-ci il tarixinədək "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayət-karlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin siyahısı”ndan çıxarılmasına qərar verilib.

MBNP Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və "əl-Qaidə” Sanksiya Komitəsinin qəbul edilmiş qərarına uyğun olaraq barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin ümumi siyahısını yeniləyib və 14 adda dəyişiklik edib.

Ümumi siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin siyahısı ölkədaxili və beynəlxalq siyahılardan ibarətdir.

Qeyd edək ki, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər ümumi siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidir. - 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol