• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda iki nazir istefa verdi

Gürcüstanda iki nazir istefa verdi
08.09.2016 20:34
Gürcüstanda baş nazirin müavini, energetika naziri Kaxa Kaladze və kənd təsərrüfatı naziri Otar Daneliya istefa verib.

ANN.Az-ın APA-ya istinadən məlumatına görə, hər iki nazir "Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliyini irəli sürüb. Qanunvericiliyə əsasən, seçkilərə qatılan deputatlığa namizədlər öz vəzifələrindən istefa verməlidir. 

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə,  "Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi olan K. Kaladze proporsional siyahı üzrə ikinci yerdədir. Məhz buna görə, o, vəzifəsindən istefa verməlidir. Partiyanın sədri Giorgi Kvirikaşvili  isə siyahı üzrə birinci yerdə olduğuna görə, həm də ölkənin baş naziri olduğuna görə seçkilərdə iştirak edəcək və yeganə vəzifəli şəxs olaraq öz postunu tərk etməyə bilər. 

Bu gün axşam "Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası özünün seçki proqramını təqdim edəcək.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol