• $
  • €
  • ₽
  • ₺
  • £

Kəbə işğal ediləcək – HÜCUM PLANI

Kəbə işğal ediləcək – HÜCUM PLANI
02.11.2016 22:46
İŞİD və İranın dəstəklədiyi husilər Kəbəni ələ keçirməyi planlaşdırır.

Publika.az "Yeni Şafak”a istinadən xəbər verir ki, bu plan Qərb tərəfindən hazırlanıb.

Məkkə savaşını başlatmaq istəyən xarici qüvvələr sünni-şiə qarşıdurması ilə fitili alovlandırmağı düşünürlər.

Ötən həftə Yəməndə İranın dəstəklədiyi husilərin Məkkədə yerləşən Əbdüləziz hava limanına iki ballistik raket atması Kəbənin işğal edilməsi məsələsini yenidən gündəmə gətirib. Husilərin atdığı raketlər havada vurularaq, zərərsizləşdirilib.

Bu hücum cəhdi hər şeydən öncə 1979-cu ildə Kəbəyə silahlı hücumu yada salır.

1979-cu il 20 noyabr: Kəbə imamı Şeyx Məhəmməd əl Subayyil müqəddəs məkanda toplanmış 50 mindən çox müsəlmana sübh namazı qıldırmağa hazırlaşırdı. Həmin vaxt 400 nəfərlik silahlı qrup "Allahu Əkbər” sədaları altında hücuma keçərək, Kəbəyə daxil oldular və qapıları bağladılar. Kəbə işğal olunmuşdu.

Bütün növ şiddətin qadağan olunduğu Kəbədə işğalın leqallaşdırılması üçün "qan axıdıla bilər” fitvası çıxarıldı. Təhlükəsizlik qüvvələri Kəbəni geri almağa çalışsa da, bacarmadılar. Daha sonra şəhər bütövlükdə boşaldıldı. Kəbə yalnız iki həftə sonra Pakistan əsgərlərinin, GİGN (Fransa xüsusi təyinatlı qüvvələri) və CİA əməkdaşlarının köməyi ilə azad olundu. Bu hücumun səbəbləri hələ də açıqlanmayıb.

"Yeni Şafak” yazır ki, Amerika tərəfindən yaradılan İŞİD-in Kəbə ilə bağlı xain planı var. İndiyə qədər açıqlanmasa da, İŞİD-in Kəbəyə göz dikdiyi məlumdur. Kəbənin işğalı planı da lap əvvəldən Qərb gücləri tərəfindən hazırlanıb. Görünür, planın həyata keçirilməsi prosesi başlanır. Husilərin Məkkəyə raket atması onların da bu planda olduğu ehtimalını gücləndirir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol