• $
  • €
  • ₽
  • ₺
  • £

İlon Mask: İnsan beyni kompüterlə əlaqələndiriləcək

İlon Mask: İnsan beyni kompüterlə əlaqələndiriləcək
21.04.2017 13:40
İlon Mask "Neuralink Corp” şirkətinin növbəti iddialı layihəsindən danışıb: şirkət insan beyninə bir mikron ölçüsündə çipləri yerləşdirən texnologiyanı təqdim etməyə hazırlaşır. Bu texnologiyanın yardımı ilə insan beynini kompüter ilə əlaqələndirmək mümkün olacaq. 

ANN.Az bu barədə "Reutersə” istinadən xəbər verir.   

İlon Maskın sözlərinə görə, birinci mərhələdə "Neuralink Corp” beyin travması, insult və xərçəng xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım etmək üçün bazara yeni texnologiyanı çıxarmağı planlaşdırır. Buna təxminən dörd il sonra nail olmaq mümkündür, İ.Mask bu barədə "Wait But Why” nəşrinə danışıb. 

Sağlam insanın beynini kompüter ilə əlaqələndirən texnologiyanın tətbiqi İlon Maskın fikrincə, səkkiz ildən on ilə qədər çəkə bilər. 

"Konsepsiyadan danışarkən, bu, telepatiyadır. Beləliklə də insanlar da bir-biri ilə bağlı ola bilərlər”, - İlon Mask bildirib. 

İnsanların kiborqlara çevrilməsinə dair ilk dəfə İlon Mask bu ilin fevralında Dubayda "World Government Summit” sammitində bildirib. 

"Neuralink” şirkəti Kaliforniyada, tibbi tədqiqatlar ilə məşğul olan şirkət kimi qeydiyyatdan keçirilib. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol