• $
  • €
  • ₽
  • ₺
  • £

Qətər iqtisadiyyatı böhranla üzləşdi

Qətər iqtisadiyyatı böhranla üzləşdi
05.06.2017 19:08
Səudiyyə Ərəbistanının xəbər saytı "Əl Ərəbiyə” ərəb dünyasında baş verən diplomatik böhranın iqtisadiyyata təsiri ilə bağlı məqalə hazırlayıb.

Anews.az "Bloomberg”ə istinadən xəbər verir ki, məqalədə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Misir və Yəmənin diplomatik əlaqələri kəsməsi nəticəsində Qətər iqtisadiyyatının alt-üst olacağı qeyd edilib.

Bildirilib ki, böhrandan sonra Qətər birjası bir saat ərzində 7,6 faiz geriləyib.

Dörd ölkə Qətər ilə dəniz və quru əlaqələrini bağlamaqla yanaşı, ticarət əlaqələrini də təxirə salıb. Hansı ki, bu vəziyyət yaxın perspektivdə Qətərin ixracına mənfi təsir göstərəcək. Xüsusilə, bölgədəki bir çox hava yolu şirkətinin Dohaya uçuşları dayandırmasının Qətər iqtisadiyyatında sarsıntı yaradacağı proqnozlaşdırılır.

O da vurğulanır ki, Səudiyyə Ərəbistanı və BƏƏ Qətərə ən çox ərzaq məhsulu ixrac edən ölkələrdir. 2015-də bu iki ölkədən Qətərə ərzaq ixracı 310 milyon dollar təşkil edib. Ticarət əlaqələrinin dayandırılması ərzaq məhsullarında ciddi azalmaya yol aça bilər.

 Digər tərəfdən 2022-ci ildə Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşan Qətərə Səudiyyə Ərəbistanından avadanlıq ixracının dayanması tikinti sahəsindəki layihələrin taleyini sual altında qoyub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol