• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın 196 senator və konqresmeni Donald Trampla bağlı məhkəməyə şikayət edib

ABŞ-ın 196 senator və konqresmeni Donald Trampla bağlı məhkəməyə şikayət edib
14.06.2017 13:20
Onlar prezidenti xarici hökumətlərdən maliyyə yardımı almaqda ittiham edirlər.

ABŞ-ın qanunverici orqanlarında müxalif Demokratlar Partiyasını təmsil edən 196 konqresmen və senator prezident Donald Trampla bağlı Federal Məhkəməyə şikayət edib.

"Report” "Reuters”ə istinadən xəbər verir ki, demokratların təmsilçiləri Trampı xarici hökumətlərdən maliyyə yardımı almaqda günahlandırırlar. 

Məlumata görə, ABŞ prezidentinə qarşı iddia qaldıranlardan 30-u senator, 166-sı isə Nümayəndələr Palatasının üzvləridir. İnformasiyaya əsasən, ilk dəfədir qanunverici orqanın bu qədər təmsilçisi ABŞ prezidenti ilə bağlı məhkəmə qarşısında iddia qaldırır.

Qeyd edək ki, bir neçə gün əvvəl Vaşinqton və Merilend ştatlarının baş prokurorları D.Trampı dövlət başçısı vəzifəsinin icrasına başladıqdan sonra bizneslə məşğul olmaqda ittiham ediblər. Baş prokurorlar ABŞ prezidentinin konstitusiyanı pozması ehtimalı əsasında məhkəməyə müraciət etməyə hazırlaşırlar. Onlar D.Trampı xarici dövlətlərdən milyonlarla dollar vəsait almaqda ittiham edirlər. Baş prokurorlar iddia edib ki, D.Tramp ardıcıl olaraq, şirkətinin maliyyə hesabatını yoxlayır: "Prezident öz işgüzar maraqlarından çəkilməyərək, lazımi addımı atmadığı üçün biz cinayət işi açmışıq” .

Şikayət təmin olunduğu halda ABŞ prezidenti xarici biznes sövdələşmələrinin miqyasını təyin etmək məqsədi ilə öz vergi bəyannaməsini məhkəmə araşdırması çərçivəsində açıqlamalıdır.

Bir müddət əvvəl vəkilləri D.Trampın vergi bəyannaməsində Rusiya izinin mövcud olmadığını bildirmişdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol