• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənistan Rusiya imperiyasının bir hissəsidir”

“Ermənistan Rusiya imperiyasının bir hissəsidir”
15.06.2017 16:42
"Ermənistan Rusiya imperiyasının bir hissəsidir” – İrəvandan SOS

"Rusiya sərhədçiləri tərəfindən Ermənistanın dövlət sərhədinin mühafizəsinin tarixi 150 ildən çoxdur”.

Publika.az xəbər verir ki, bu haqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin mətbuat xidmətinin məlumatında deyilir.

Türkiyə (280 kilometr) və İranla (42 kilometr) Ermənistanın dövlət sərhədinin mühafizəsi sistemi SSRİ vaxtlarından qalıb. Rus sərhədçilərinin Türkiyə və İran sərhədində xidməti 1992-ci ildə Rusiyanın sərhəd qoşunlarının statusu haqqında dövlətlərarası müqavilə ilə tənzimlənir. Ermənistanda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin 4 sərhəd dəstəsi - Gümrü, Armavir, Artaşat və Mehri, həmçinin "Zvartnos” İrəvan beynəlxalq aeroportunda ayrı nəzarət buraxılış məntəqəsi fəaliyyə göstərir.

Ermənistanda Rusiya sərhədçilərinin (təxminən 4,5 min) saxlanılması bərabər şəkildə iki dövlətin hökumətləri tərəfindən təmin olunur. Eyni zamanda Müdafiə Nazirliyinin qoşunları Azərbaycanla sərhədi, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları isə Gürcüstanla sərhədi mühafizə edir.

Erməni siyasi şərhçi Naira Ayrumyan qeyd edir ki, Ermənistan hələ şəxsi sərhədlərinin mühafizəsini öz üzərinə götürmək niyyətində deyil və əvvəlki kimi "Rusiya imperiyası”na aid xüsusi xidmət orqanları onları qoruyur.

"Rusiyanın Federal Təhlükəsizlik Xidməti xüsusi olaraq vurğulayır ki, Ermənistan Rusiya imperiyasının hissəsidir. Və Ermənistan buna etiraz etməyə çalışmır”, - şərhçi "Lragir” nəşrində yazıb.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol