• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda NATO təlimləri keçiriləcək

Gürcüstanda NATO təlimləri keçiriləcək
18.07.2017 14:20
İyulun 30-da Gürcüstanda NATO hərbi təlimlərinə start veriləcək.

anews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, "Layiqli tərəfdaş 2017” hərbi təlimləri avqustun 12-dək davam edəcək. Paytaxt Tbilisinin yaxınlığındakı Vaziani hərbi aerodromunda startı veriləcək təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukraynadan 2.8 min hərbçi iştirak edəcək.

Təlimlərdə Almaniya istehsalı "GTK Boxer” zirehli transportyor, ABŞ istehsalı olan "Abrams” tankları, "Bradley”, "Stryker” piyada maşınları və "C-130”  hərbi təyyarələrindən istifadə olunacaq. Təlimlər "Norio” hərbi bazasında da keçiriləcək.

Gürcüstanda üçüncü dəfə keçiriləcək "Layiqli tərəfdaş 2017” hərbi təlimlərinin əsas məqsədi sabitliyin təminatı, müdafiə və hücumun təmin edilməsi əməliyyatlarında bacarıqları təkmilləşdirmək, Gürcüstan və NATO-ya üzv ölkələrin silahlı qüvvələri arasında əməkdaşlığı dərinləşdirmək, NATO qüvvələrinin məşğələ imkanlarını yüksəltmək, habelə NATO ölkələri arasında əməkdaşlığı inkişaf etdirməkdir.

Hərbi təlimlərin açılışında ABŞ vitse-prezidenti Mayk Pensin iştirak etməsi gözlənilir.

M. Pensin Gürcüstan prezidenti Georgi Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili ilə görüşlər keçirəcəyi bildirilir.

M. Pens Gürcüstana Avropa turnesi çərçivəsində səfər edəcək. O, Estoniya və Monteneqroya da səfər edəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol