Pakistanda ev çökdü: Ölənlər var

Pakistanın Karaçi şəhərində ev çöküb. Hadisə şəhərin mərkəzində - Liakatabad rayonunda baş verib.
anews.az-ın məlumatına əsasən, xilasedicilər dörd nəfərin cəsədini çıxara biliblər. Ölənlərdən ikisi azyaşlıdır.
Məlumata əsasən, evdə doqquz ailə yaşayırmış. Buna görə də ölənlərin sayının artacağı gözlənilir. Evin hansı səbəbdən çökdüyü hələ məlum deyil.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























