• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan ordusunda homoseksuallıq - Gənc əsgərləri zorlayırlar

Ermənistan ordusunda homoseksuallıq - Gənc əsgərləri zorlayırlar
24.08.2017 11:38
Ermənistanın hərbi qulluqçusu Andranik Mkrtçyanın ölümünün təfərrüatları məlum olub.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, avqustun 20-də Ermənistanın Müdafiə Nazirliyi hərbi hissənin ərazisində 1991-ci il təvəllüdlü Andranik Mkrtçyan öldürüldüyü barədə məlumat yaymışdı. Böyük əks-səda verən ölüm hadisəsinin sonradan əslində intihar olduğu bəyan edilib.

Ermənistan sosial şəbəkə istifadəçilərinin iddialarına görə, hadisə cinsi istismar- homoseksualizm zəminində törədildiyindən belə ajiotaja səbəb olub. Aparılan araşdırmalar zamanı hadisənin bir çox təfərrüatları ortaya çıxıb.

Oğurluq etdiyinə görə Yerevan yaxınlığındakı hərbi hissədən Mehri şəhərində yerləşən hərbi hissəyə dəyişdirilən Andranik Mkrtçyanın intihar etməsi ilə bağlı, özünüöldürmə həddinə çatdırılma maddəsi ilə cinayət işi açılıb.

Ermənistan Respublikası İstintaq Komitəsinin Hərbi İstintaq Bas İdarəsinin Xüsusi Mühüm İşlər Üzrə İstintaq İdarəsinin bas müstəntiqi Q. Xaçatryan tərəfindən verilən açıqlamada deyilir:

"Müdafiə nazirliyinin hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü Andranik Mkrtçyanın ölümü ilə bağlı "özünü öldürmə həddinə çatdırılma” maddəsi ilə cinayət işi açılıb. Araşdırma zamanı məlum olub ki, Kanakerdə xidmət edən və "Ando” kimi tanınan Andranik Mkrtçyan və digər hərbi qulluqçular mütəmadi olaraq hərbi hissəyə xidmətə gələn digər gənc əsgərləri cinsi istismara məruz qoyduğu, eləcədə oğurluq etdiyi üçün hərbi hissə komandanlığının təşəbbüsü ilə xidmətini davam etdirmək məqsədilə Mehri şəhərində göndərilib. Cinsi təzyiqlərə məruz qalan gənc əsgərlərin valideyinləri "Ando”dan qisas almaq qərarına gəliblər. A. Mkrtçyanı izləyən valideynlər onu tutaraq zorlayıblar və buna dözməyən M. Andranik özünə qəsd etmək qərarına gəlib”.

İstintaqa o da məlum olub ki, gənc əsgərlərə qarşı bu kimi əməlləri "Ando” işğal olunmuş Kəlbəcər rayonunda postlarda olarkən də törətb. Postlarda xidmət keçən bir çox gənc əsgərin M. Andranik tərəfindən cinsi təzyiqlərə məruz qaldığı bilidirilir. Ermənistanlı hərbi qulluqçunun çoxunun cinsi istismara məruz qaldığını inkar etsməsinə baxmayaraq, valideynlərin dəstəyi ilə bir neçə əsgər adlarının gizli saxlanılması şərtilə istintaqla əməkdaşlığa razılıq veriblər.

İlkin versiya olaraq nizamnamədən kənar münasibətlər nəticəsində öldürüldüyü bildirilsə də, sonradan A. Mkrtçyanın istifadəsində olan avtomatı çənəsinə söykəyərək intihar etdiyi deyilir. Hadisə ilə bağlı cinayət işi başlayıb araşdırma davam etdirilir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol