• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvilinin mitinqində Azərbaycan bayrağı

Saakaşvilinin mitinqində Azərbaycan bayrağı
04.12.2017 17:50
Xəbər verdiyimiz kimi, dünən Ukraynanın paytaxtı Kiyev şəhərində Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin "Yeni Qüvvələrin Hərəkatı" tərəfindən təşkil edilmiş "İmpiçment uğrunda marş" şüarı ilə aksiya keçirilib. 

Anews.az XəzərNews.az-a istinadən xəbər verir ki, minlərlə ukraynalının iştirak etdiyi mitinqə Azərbaycan diasporunun fəalları da qatılıb. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov yürüş zamanı və mitinqin keçirildiyi məkanda Mixail Saakaşvilinin yanında olub. 

Mitinqdə Ukrayna ilə yanaşı, Azərbaycan bayrağı da dalğalanıb. 

Aksiya iştirakçıları Taras Şevçenko adına parkda toplaşıblar, sonra hökumət orqanlarının binasına tərəf gediblər.

Aksiyaçılar bildiriblər ki, Ukraynada vəziyyət prezident Petr Poroşenkonun xalqın impiçmenti yolu ilə yaxşılaşa bilər. Mitinqçiləri hüquq-mühafizə orqanlarının əməkdaşları müşayiət ediblər. 
M.Saakaşvili növbəti mitinqin bazar günü - Maydanda keçiriləcəyini elan edib. Bildirib ki, onu həbs etsələr belə, "Yeni Qüvvələrin Hərəkatı" məqsədinə çatmalıdır. 

Həm yerli, həm də beynəlxalq ekspertlər vurğulayır ki, M.Saakaşvili Maydanda keçirəcəyi mitinqlə hazırkı prezident Petro Poroşenko və hökumətinin sonunu hazırlaya bilər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol