Türkiyədə güclü şaxta qeydə alındı

Türkiyənin şərq əyalətlərində güclü şaxta qeydə alınıb.
Anews.az xəbər verir ki, ən aşağı temperatur Qars əyalətində müşahidə edilib. Belə ki, burada havanın temperaturu -13 dərəcə olub.
Bununla yanaşı, Ərdahanda 12, Ərzurumda 7 dərəcə şaxta qeydə alınıb.
Adıçəkilən əyalətlərdə əlverişsiz hava şəraiti səbəbindən bəzi kəndlərin şəhər mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























